27 noyabr 2026. Cümə

“Beşiktaş” – “Qalatasaray” derbisinin baş hakimi açıqlanıb


“Beşiktaş” – “Qalatasaray” derbisinin baş hakimi açıqlanıb
Anadolu Ajansı

Türkiyə Superliqasının XIII turunda keçiriləcək “Beşiktaş” – “Qalatasaray” matçını idarə edəcək hakimin adına aydınlıq gəlib.

90deqiqe.Az-ın Türkiyə Futbol Federasiyasına istinadən məlumatına görə, İstanbul derbisinin baş hakimi FIFA referisi Oğuzhan Çakır olacaq.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Türkiyə S.L.