- Türkiyə S.L.
- 22:25 28.11.2026
Türkiyə Super Liqasının 13-cü turunda “Amedspor” səfərdə “Qaziantep”ə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Qaziantep Böyükşəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün ilk hissəsində komandalar fərqlənə bilməyiblər. İkinci yarıda isə “Amedspor”un hücumçusu Qift Orban qısa müddətdə iki dəfə rəqib qapısına yol tapıb. O, 46-cı və 50-ci dəqiqələrdə vurduğu qollarla komandasına üstünlük qazandırıb.
Meydan sahibləri əsas vaxta əlavə olunmuş üçüncü dəqiqədə Serdar Dursunun qolu ilə fərqi azaltsalar da, hesabı bərabərləşdirə bilməyiblər. Beləliklə, “Amedspor” səfərdən 2:1 hesablı qələbə ilə ayrılıb.
Bu nəticədən sonra iki oyunluq qələbəsizlik seriyasına son qoyan “Amedspor” xallarının sayını 26-ya çatdırıb. “Qaziantep” isə mövsümdə doqquzuncu məğlubiyyətini alaraq 8 xalla kifayətlənib.