30 noyabr 2026. Bazar ertəsi

“Fənərbağça” Nəriman Axundzadənin komandasını üç cavabsız qolla məğlub etdi


“Fənərbağça” Nəriman Axundzadənin komandasını üç cavabsız qolla məğlub etdi
Anadolu Ajansı

Türkiyə Super Liqasının XIII turunda “Fənərbağça” doğma meydanda “Ərzurumspor”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb.

Kadıköydə keçirilən görüşdə meydan sahiblərinin heyətində qolları 53-cü dəqiqədə Oğuz Aydın, 57-ci dəqiqədə Milan Şkrinyar və 88-ci dəqiqədə Meyson Qrinvud vurublar.

Qeyd edək ki, Qrinvud qarşılaşmada məhsuldarlığı ilə diqqət çəkib. O, bir qolla yanaşı, komanda yoldaşlarının ilk iki qolunda məhsuldar ötürmə müəllifi olub.

Bu qələbədən sonra xallarının sayını 23-ə çatdıran “Fənərbağça” turnir cədvəlində mövqeyini möhkəmləndirib. “Ərzurumspor” isə 14 xalla kifayətlənib.

Növbəti turda “Fənərbağça” səfərdə “Başakşəhər”in qonağı olacaq. “Ərzurumspor” isə doğma meydanda “Kocaelispor”u qəbul edəcək.







Türkiyə S.L.