4 noyabr 2026. Çərşənbə

Fənərbaxça'da ciddi itki


Fənərbaxça'da ciddi itki

“Fənərbaxça”nın futbolçusu Adil Rami sıradan çıxıb.

Corner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
 
33 yaşlı müdafiəçi Türkiyə kubokunun 4-cü mərhələsində səfərdə  “Tarsus İdman Yurdu” ilə matçının (1:3) 61-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi. Tibbi müayinədən keçən fransalı futbolçunun qasıq əzələsində yırtıq aşkarlanıb. Müalicəsinə start verilən Raminin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, təcrübəli futbolçu bu yay transfer pəncərəsində “Marsel”dən ayrılaraq İstanbul klubuna keçib.







Türkiyə S.L.