5 avqust 2026. Çərşənbə

“Qalatasaray”da daha bir şok itki


“Qalatasaray”da daha bir şok itki
“Qalatasaray”da zədəlilər sırasına daha bir futbolçu qoşulub.

Corner.az-ın “Ntv Spor”a istinadən yaydığı xəbərə görə, komandanın  hücumçusu Florin Andonenin ən azı 10-12 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Klubun rəsmi saytı məlumat yayıb ki, Türkiyə Superliqasının 11-ci turunda səfərdə “Qaziantep”lə matçın (2:0) 11-ci dəqiqəsində zədələnərək meydanı tərk edən 26 yaşlı futbolçunun diz bağlarında yırtıq aşkarlanıb.

Rumınyalı futbolçu bu mövsüm “sarı-qırmızılar”ın heyətində ümumilikdə, 9 oyunda 2 qol vurub.

Qeyd edək ki, Andonedən əlavə, Radamel Falkao, Əmrə Akbaba, Şənər Özbayraklı və Yunes Belhanda da zədə səbəbindən komandasına kömək edə bilmir.





Türkiyə S.L.