16 avqust 2026. Bazar günü

Açığı çox təəcübləndim, gözləmirdim - Fatih Terim


Açığı çox təəcübləndim, gözləmirdim - Fatih Terim

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim "Başakşəhər"in futbolçusu Arda Turan haqda açıqlama verib.

Corner.azın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 66 yaşlı mütəxəssis ötən gün "Başakşəhər"ə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra  Ardanın onun əlini öpərək, barışması barədə danışıb. O, 32 yaşlı yarımmüdafəiçinin hərəkətinin gözlənilməz olduğunu deyib:

"Açığı çox təəcübləndim, gözləmirdim. Övlad bəzən insanı incidir, bəzən təəccübləndirir, bəzən də duyğulandırır. Mən o əvvəlki Ardanı bu gün gördüm. Mənim yetişdirdiyim Arda bu idi. Bu Arda qəlbə də girər, könülə də".

Qeyd edək ki, Türkiyə millisinin "Avro-2016"da uğursuz çıxışından sonra Arda Turanla Fatih Terim arasında münasibətləri pisləşmişdi.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 00:32 16.08.2026
“Fənərbağça” səfərdə uduzdu
“Trabzonspor”un borcu açıqlandı
  • Türkiyə S.L.
  • 21:47 10.08.2026
“Trabzonspor”un borcu açıqlandı