4 noyabr 2026. Çərşənbə

Pedrodan növbəti qol


Pedrodan növbəti qol

Qarabağ'ın sabiq futbolçusu Pedro Enrike Türkiyə Superliqasında növbəti qolunu vurub.

Corner.az xəbər verir ki, “Kayserispor”da çıxış edən braziliyalı yarımmüdafiəçi  12-ci turda “Sivasspor”la bu gün keçirilən görüşdə fərqlənib. O, matçın 44-cü dəqiqəsində hesabı 1:1 edib. Görüş isə “Sivasspor”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Pedro bununla da Superliqada bu mövsüm vurduğu qollarının sayını (10 oyuna) 4-ə çatdırıb.

Qeyd edək ki, “Kayserisspor” hazırda 7 xalla 18 komanda arasında sonuncudur.







Türkiyə S.L.