7 aprel 2025. Bazar ertəsi

Kolumbiyalı futbolçuya heykəl qoyuldu


Kolumbiyalı futbolçuya heykəl qoyuldu

Monaco futbol klubunun və Kolumbiya yığmasının hücumçusu Radamel Falcaoya doğma şəhəri Santa-Martada heykəl qoyulub.

Corner.az Goal.az-a istinadən  xəbər verir ki, bu barədə "Sovetski sport" məlumat yayıb.

Məlumata görə, 6 metrlik abidə ağ rəngdədir. Onun hazırlanmasına və qurulmasına 3 milyon dollardan çox pul xərclənib.

Falcao Monaco-da 2013-cü ildən çıxış edir. 32 yaşlı hücumçu həmçinin Londonun Chelsea, Manchester United, Madridin Atletico, Porto, Argentinanın River Plate və Kolumbiyanın Lanseros Boyaca komandalarının şərəfini qoruyub.

Hazırkı mövsümdə Falkao birinci liqada 4 matçda iştirak edərək 2 qol vurub və 1 məhsuldar ötürmə edib.







Xəbər news