Portuqaliya çempionatında 13-cü turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Setubal"ı qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlub olub - 2:3.
Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Futbolçumuzun komandası hazırda 8 xalla 17-ci pillədə qərarlaşır