6 dekabr 2025. Şənbə

Braziliya yığmasının sabiq futbolçusu həbs oluna bilər


Braziliya yığmasının sabiq futbolçusu həbs oluna bilər

Braziliya millisinin sabiq futbolçusu Mişel Bastos həbs edilə bilər.

Corner.az xəbər verir ki, bu barədə “Le Parisien” mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, keçmiş futbolçu vergi saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur. Qeyd olunub ki, ona qarşı irəli sürülən ittihamlardan biri də 2018-ci ildə villasını narkotik alverçisinə satması olub. Buna görə onu həbs cəzası gözləyir.

Xatırladaq ki, karyerası ərzində braziliyalı futbolçu "Feyenoord", "Lill", "Lion","Schalke 04" və "Roma" kimi klublarda çıxış edib. Bastos  karyerasını bu ilin payızında bitirib. 







Xəbər news