2 fevral 2026. Bazar ertəsi

Traktor klubunun prezidenti istefa verdi


Traktor klubunun prezidenti istefa verdi

Cənubi Azərbaycanın "Traktor" klubunun prezidenti Qulam Rıza Sadiqian istefa verib.

Corner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sadiqian qərarını türkiyəli mütəxəssis Mustafa Denizlinin gedişindən 3 gün sonra açıqlayıb. O, bəzi futboldankənar insanların "Traktor"un uğurlarını istəmədiklərini bildirib. Klub rəsmisinin fikrincə, həmin şəxslər oyunların nəticələrinə təsir göstəriblər. 

Qeyd edək ki, "Traktor" klubu 12 oyundan 18 xalla 9-cu pillədə qərarlaşıb. 







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO