- Xəbər news
- 17:41 16.12.2025
Neymar sabiq klubu "Barselona"nı yenidən məhkəməyə verib.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu PSJ-yə transfer olunduqdan sonra Kataloniya klubunun hələ də ona maaş borcu olduğunu iddia edib. Braziliyalı oyunçunun La Liqa təmsilçisindən təxminən 3 milyon 500 min avro tələb etdiyi bildirilir.
Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib.(qol)