- Xəbər news
- 17:41 16.12.2025
Argentina millisinin sabiq futbolçusu Esekyel Lavessi karyerasını başa vurub.
Corner.az xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə "İnstagram" səhifəsində yazıb.
Təcrübəli futbolçunun sonuncu klubu Çinin "Hebey Çayna Forçun" olub.
Qeyd edək ki, Lavessi karyerası ərzində vətənində "Estudiantes"lə "San Lorenso"nun, eləcə də "Napoli" və PSJ klublarında çıxış edib.