"Real"ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç yeni ev alıb.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun yeni evinin qiyməti 12 milyon avrodur.
Evdə 9 yataq otağı, 9 vanna otağı, masaj otağı, idman zalı və 10 maşınlıq qaraj var.


