6 dekabr 2025. Şənbə

5-ci dəfə komandaya baş məşqçi kimi qayıtdı


5-ci dəfə komandaya baş məşqçi kimi qayıtdı

Məşhur braziliyalı mütəxəssis Vanderley Luşemburqunun yeni iş yeri müəyyənləşib.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, 67 yaşlı baş məşqçi "Palmeyras"la razılaşıb.

Təcrübəli mütəxəssis klub rəhbərliyi ilə 2 illik müqavilə imzalayıb. O, bu postda Manu Menezesi əvəz edib.

Qeyd edək ki, Vanderley Luşemburqu məşqçilik karyerası ərzində 5-ci dəfə "Palmeyras"ın baş məşqçisi təyin olunub. O, sonuncu dəfə 2009-cu ildə bu komandanı çalışdırıb.







Xəbər news