Portuqaliya çempionatında 14-cü turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Braqa”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan minimal hesablı qələbə qazanıb. - 1:0.
Renat da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb. 90-cı dəqiqədə isə millimizin hücumçusu sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, Renat bu yay “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib.