- Xəbər news
- 22:34 14.11.2024
"Formula 1”in keçmiş sahibi və baş direktoru, milyardçı Berni Ekklstounun qızı, model Tamara Ekklstounun evi qarət olunub.
Corner.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, Londonda yerləşən və mühafizə olunan evdən dəyəri 50 milyon funt (67 milyon dollar) qızıl-zinət əşyaları oğurlanıb. Hadisə ötən həftənin cümə günü baş verib.
Oğurlanan əşyalar arasında atasının Tamaraya toy hədiyyəsi olaraq verdiyi 80 min funt dəyərindəki bilərzik da var. Hələlik faktla bağlı saxlanılan yoxdur.
“Biz oğurluq faktının baş verdiyini təsdiqləyirik. Hazırda evin mühafizəçiləri bu məsələ ilə bağlı polislə əməkdaşlıq edir. Tamara və onun ailəsi qaydasındır. Amma o, baş verənlərə görə sarsılıb” – deyə modelin mətbuat xidmətindən bildirilib.(qol)