- Xəbər news
- 22:34 14.11.2024
İspaniyalı futbolçu Andres İniesta baş məşqçi olmağa hazırlaşır.
Corner.az goal.az-a istinadən məlumat verir ki, bu barədə 34 yaşlı futbolçunun özü məlumat verib. Yaponiyanın Vissel Kobe klubunda çıxış edən İniesta məşqçiliyə başlamağa hazırlaşdığını söyləyib: "Bəli, gələcəkdə özümü məşqçi kimi görürəm. Barcelona'ya rəhbərlik etmək istəmədiyimi deyə bilmərəm. Ancaq bütün fikrimin bu olmadığını da söyləməliyəm. Hər şeyi gələcək göstərəcək".
Qeyd edək ki, İniestanın Vissel Kobe ilə müqavilə müddəti 2020-ci ilin sonuna qədərdir.