6 dekabr 2025. Şənbə

Ronaldonu əvəz etmək çox çətindir – Messi


Ronaldonu əvəz etmək çox çətindir – Messi

“Barselona”nın hücumçusu Lionel Messi “Real”ın yeni transferi Eden Hazardı hazırda “Yuventus”da oynayan Kriştiano Ronaldo ilə müqayisə edib.

Corner.az xəbər verir ki, sabah “Nou-Kamp”da keçiriləcək “El-Klassiko” öncəsi jurnalistlərdən biri argentinalı futbolçuya belə bir sual ünvanlayıb: “Sizcə, Hazard Ronaldonu əvəzetməyə və superulduz olmağa qadirdirmi?”

Messi buna cavab olaraq deyib: “Hazard bacarıqlı futbolçudur. O, müdafiənin yükünü azalda bilir. Fikrimcə, Kriştianodan fərqlənir. Hazardın başqa keyfiyyətləri var. Ronaldonu əvəz etmək çox çətindir. Amma Hazard da böyük oyunçudur”. (qol)







Xəbər news