Rusiya millisinin sabiq üzvü Andrey Arşavin MDB ölkələrinin futbol çempionatarının birləşdirilməsi ideyasından danışıb.
Corner.az xəbər verir ki, yerli telekanalların birində qonaq olan keçmiş hücumçu Azərbaycan, Qazaxıstan və Belarus klublarının Rusiya Premyer Liqasında çıxışının mümkünlüyünü və bu ideya alınarsa, futbolun inkişafına kömək edəcəyini bidirib:
"Bir neçə il əvvəl Rusiya və Ukrayna Premyer Liqasını birləşdirmək ideyasını dəstəkləmişdim. Bu, futbolun inkişafına kömək edəcəkdi.
Üstəlik, "Kayrat”da oynayanda bu klubun problemlərini gördüm. Qazaxıstanda klubların pul qazanmaq üçün bir fürsətə ehtiyacı var. Qazaxıstan çempionatında bunu etmək qeyri-realdır. Çünki futbolun televiziyada yayımlanma səviyyəsi sıfıra yaxındır. Yerli valyuta azdır. Buna görə də stadionun yarısı boş olur.
Avropada rəqabətə davamlı olmaq üçün daxili çempionatda güclü rəqiblərə ehtiyacınız var. Bu vəziyyətdə oyunçular ən yaxşı keyfiyyətlərini göstərəcəklər. İndi Rusiya və Ukrayna çempionatının birləşməsi əhəmiyyətsizdir. Kiçik ölkələrin liqalarının birləşməsinə ehtiyac var. Buna görə də Belarus, Azərbaycan və Qazaxıstan klublarını çempionatımıza qatmaq haqda düşünə bilərik. Bu ki maraqlıdır. Hər bir ölkə öz klubuna pul tökəcək. Üstəlik, azarkeşlərin sayı artacaq. Güclü komanda gələndə stadionda anşlaq olacaq. Bu, idman baxımından qonşulamız üçün maraqlıdır".
Xatırladaq ki, Arşavin bu ilin martında verdiyi açıqlamada Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan və Ermənistan komandaları daxil olmaqla, 19 yaşa qədər futbolçuların çempionatını təşkil etmək istədiyini demişdi.(qol)