- Xəbər news
- 22:34 14.11.2024
Millmizin qapıçısı Emil Balayev Türkiyəyə yollanıb.
Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 25 yaşlı qolkiper tibbi müayinə üçün qonşu ölkəyə gedib. O, Türkiyə klinikalarından birində profilaktik proseduralardan keçib: "Qapıçıların yüklənmələrinin və məşqlərinin xüsusiyyətləri əsas futbolçularının təlimindən bir qədər fərqlidi. Bu proses Balayevin təlim-məşq toplanışına yaxşı formada hazırlaşmasına və növbəti mövsüm müəyyən zədələrin qarşısını almağa kömək edəcək".
Qeyd edək ki, Emil Balayevin "Tobol"la müqavilə müddəti gələn ilin yayına qədərdi.