- Xəbər news
- 01:00 22.01.2026
Portuqaliya kubokunda 1/8 final mərhələsi davam edir.
Corner.az-ın məlumatına görə, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pakuş Ferreyra” evdə “Espinyo” ilə qarşılaşıb. "Pakuş Ferreyra" 3:0 hesabı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Görüşə ehtiyat oyunçular skamyasında başlayan Dadaşov 84-cü dəqiqədə meydana daxil olub.