Pogbadan komanda yoldaşlarına qiymətli hədiyyə
Fransa millisinin yarımmüdafiəçisi Paul Pogba dünya çempionu olan komanda yoldaşlarını qeyri-adi üsulla təbrik etməyi nəzərdə tutub.Corner.az Goal.az-a istinadən xəbər verir ki, fransız onlara brilyant qaşlı üzük hədiyyə edəcək. Hədiyyələri Kaliforniyanın "Jason of Baverly Hills" şirkətinin zərgərləri hazırlayacaq. Pogbanın nə qədər xərc çəkəcəyi açıqlanmır. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre üzüklərin ABŞ-dan Fransaya gətirilməsi üçün 10 min avro ödəməyə hazır olduğunu deyib.