29 may 2026. Cümə

"Ronaldo olmaq istədiyi yerdədir"


"Ronaldo olmaq istədiyi yerdədir"

Cristiano Ronaldonun meneceri Jorje Mendeş, futbolçunun İtaliyadakı həyatı ilə bağlı açıqlama verib.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, Mendeş, portuqaliyalı futbolçunun Juventus-da xoşbəxt olduğunu deyib:

“Ronaldo hazırda Juventus-da və A Seriyasında olmasından məmnundur. O, olmaq istədiyi yerdədir. İnsanlar məndən Juventus-un Ronaldo ilə Çempionlar Liqasını qazanıb-qazanmayacağını soruşurlar. Bunun üçün bir az da şans lazımdır, amma bundan əminəm ki, Ronaldo Juventus-a xeyir vermək üçün burdadır”.

33 yaşlı hücumçu bu mövsüm Juventus formasıyla iştirak etdiyi 21 rəsmi oyunda 12 qol vurub.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı