17 dekabr 2025. Çərşənbə

Liverpul dünya çempionu oldu


Liverpul dünya çempionu oldu
Klublararası dünya çempionatına yekun vurulub. 

Corner.az xəbər verir ki, turnirin final oyununda “Liverpul” və “Flamenqo” klubları üz-üzə gəlib.
 
Həlledici görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda isə Avropa təmsilçisi Firminonun vurduğu qolla (99) qələbə qazanaraq mundialın qalibi olub.
 
Bu gün həm də üçüncü yer uğrunda oyun keçirilib. Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası Meksika “Monterrey”i ilə qarşılaşıb. Bu matçın da əsas vaxtı heç-heçə bitib – 2:2. Penalti seriyasında 4:3 hesabıyla üstün olan Meksika təmsilçisi üçüncü yerin sahibi olub.






Xəbər news