- Xəbər news
- 17:41 16.12.2025
"Liverpul”un hücumçusu Məhəmməd Salah klublar arasında dünya çempionatının ən yaxşı oyunçusu olub.
Corner.az xəbər verir ki, bu haqda FİFA-nın rəsmi Tvitter səhifəsi məlumat yayıb. Misirli oyunçuya yarışın “Qızıl top” mükafatı təqdim olunub.
Xatırladaq ki, Qətərdə keçirilən yarışın dünən keçirilən finalında “Liverpul” “Flamenqo”nu 1:0 hesabı ilə məğlub edərək çempion olub.