12 may 2026. Çərşənbə axşamı

Dadaşovun komandası kubokla vidalaşdı


Dadaşovun komandası kubokla vidalaşdı
Portuqaliya Liqa Kubokunda qrup mərhələsinə yekun vurulub.

Corner.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Pasuş de Ferreyra” da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda qrup lideri “Braqa”nı qəbul edib. Futbolçumuzun komandası bu oyunda 1:4 hesabıyla uduzub.
 
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
 
Yarımfinala yalnız qrup qalibləri vəsiqə qazandığından, bu sevinci “Braqa” yaşayıb. “Pasuş de Ferreyra” isə 4 xalla ikinci olub və mübarizəni dayandırıb.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı