- Xəbər news
- 21:58 14.03.2026
Klublararası dünya çempionatında maraqlı hadisə baş verib.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, finalda "Flamenqo"ya 1:0 hesabı ilə qalib gələn "Liverpul" tarixində ilk dəfə bu titulu qazanıb.
Ancaq qarşılaşmadan sonra Mersisayd təmsilçisi çempionluq sevincini yaşaya bilməyib. Belə ki, baş məşqçi Yurgen Klopp və futbolçular təxminən 1500 km məsafəni qət edərək oyunu izləməyə gedən "Liverpul" fanatları olan tribunalara yaxınlaşmaq istəyib. Lakin FİFA nümayəndələri qaçış zolağında onların qarşısını kəsərək, təhlükəsizliyin qorunması üçün buna imkan verməyiblər.
FİFA-nın bu addımı İngiltərə klubunun narazılığı ilə qarşılanıb.