- Xəbər news
- 22:34 14.11.2024
2019-cu ildə “Tvitter”də və “İnstagram”da ən çox populyar olan klub müəyyənləşib.
Corner.az xəbər verir ki, bu komanda, “Barselona”dı.
Kataloniya təmsilçisinin “Tvitter” hesabındakı paylaşımlarına 94,5 milyon dəfə reaksiya verilib. “Liverpul” ikinci sırada qərarlaşıb.Mersisayd təmsilçisinin paylaşımlarına 87,1 milyon dəfə münasibət bildirilib. Üçüncü sırada isə “Flamenqo” klubudur.Braziliya təmsilçisinin paylaşımları 86 milyon dəfə reaksiya qazanıb.
“Barselona” həm də, “İnstagram”da ən çox bəyənilən klubdu. La Liqa təmsilçisinin "Instagram"dakı paylaşımlarına il ərzində 1,081 milyard reaksiya verilib.