- Xəbər news
- 22:34 14.11.2024
PSJ-nin futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Mara "İnter"in hücumçusu Romelu Lukakunu tənqid edib.
Corner.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, argentinalı futbolçunun eyni zamanda agenti də olan Nara belçikalı futbolçu ilə bağlı deyib: "Lukakunu böyük matçlarda da görsək yaxşı olar. "İnter"in ondan əvvəlki 9 nömrəli (İkardini nəzərdə tutur - red.) 150 qol vurdu.
Lukaku Çempionlar Liqasında da yetəri qədər qol vurmayıb. İndi turniri televiziyadan izləmək məcburiyyətindədir. İnsanların düşüncüləri tez dəyişir. Yarışdan kənarda qalanda Lukakunu tənqid edirdilər, amma indi ona sanki fenomen kimi davranırlar".(qol)