12 may 2026. Çərşənbə axşamı

Ronaldo villasını satışa çıxardı


Ronaldo villasını satışa çıxardı

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo Mançester şəhərindəki 3 mərtəbəli, kərpicdən olan villasını satışa çıxarıb.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, villaya 3.25 milyon funt (4.1 milyon dollar) qiymət qoyulub.

Əgər ev bu qiymətə satılsa, o zaman Ronaldo 600 min funt zərər edəcək. Məsələ burasındadır ki, portuqaliyalı futbolçu villanı 11 il əvvəl “Mançester Yunayted”də oynayanda 3 milyon 895 min funta alıb. Ev “Old Trafford”dan bir neçə kilometr aralıda, meşəliyin içindədir.(qol)







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı