“Mançester Siti”nin müdafiəçisi Benjamin Mendi Premyer Liqanın son turunda “Lester”ə qalib gəldikləri (3:1) oyundan sonra maraqlı addımı ilə diqqəti cəlb edib.
Corner.az xəbər verir ki, fransalı futbolçu jurnalistlər önünə başında yaylıqla çıxıb.
O, bu geyimi ilə bağlı “RMC Sport”a qısa açıqlamasında deyib: “Mən evdə tez-tez yaylıq bağlayıram. Bu gün yaylığı özümlə götürmüşdüm".
Qeyd edək ki, bu cür baş örtüyü artıq bir trendə çevrilib. İlk olaraq məşhur reper Rakim Mayers yaylıqla səhnəyə çıxıb.(qol)
Reper Rakim Mayers