- Xəbər news
- 22:34 14.11.2024
Afrika qitəsində yerləşən Eritreyanın millisinin futbolçuları turnir üçün getdikləri Uqandada yoxa çıxıblar.
Corner.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, ölkələrindəki həyat şəraitindən məmnun olmayan yığmanın 7 üzvü təyyarə ilə Eritraya qayıtmayıb və paytaxt Kampalada itiblər.
Şərqi və Orta Afrika Futbol Federasiyanın nümayəndəsi Rocers Mulindva 7 futbolçunun axtarışlarının davam etdiyini yazıblar.
Qeyd edək ki, oktyabr ayında U-20-dək qrupların turniri üçün Uqandaya gedən 4 eritralı futbolçu da ölkələrinə dönməyərək sığınacaq tələb etmişdi. Bu ölkənin bəzi oyunçuları əvvəlki illərdə Bostvana, Keniya, Anqola və Tanzaniyadan da bənzər addımlar atıblar.(qol)