- Xəbər news
- 22:34 14.11.2024
"Zalsburq"un futbolçusu Patrik Frakaş maraqlı açıqlama verib.
Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, 27 yaşlı oyunçu Çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə ev matçından əvvəl insult keçirdiyini deyib: "Məncə, indi həqiqəti demək vaxtıdır. Azarkeşlər nə baş verdiyini bilməlidirlər. Gizlədiləsi heç nə yoxdur. "Napoli" ilə qarşılaşmadan əvvəl insult keçirdim. Hərəkət etmək istədim, amma bacarmadım. Nə baş verdiyini düşünürdüm. Bir anda fikirləşdim ki, hər şey bitdi. Mən ölə bilərdim. Ümid edirəm ki, 2020-ci ildə futbol oynaya biləcəyəm".
Qeyd edək ki, P.Farkaş hazırda fərdi məşqlər edir. O, həm də reabilitasiya kursu keçir.(qol)