2 fevral 2026. Bazar ertəsi

Onun sayəsində hadisə faciə ilə nəticələnmədi - Qarabağ'ın sabiq futbolçusu


Onun sayəsində hadisə faciə ilə nəticələnmədi - Qarabağ'ın sabiq futbolçusu

"Valur"un qapıçısı Hannes Haldorsson sabiq klubu "Qarabağ"da oynadığı zaman başına gələn  hadisəni xatırladıb.

Corner.az-ın İslandiyanın "Randers Amtsavis" qəzetinə istinadən  xəbərinə görə, 35 yaşlı qolkiper Bakıda küçələrdən birində şəxsi avtomobili ilə adam vurmasından danışıb:

"Qəfildən yola çıxan bir kişini vurmuşdum. Xoşbəxtlikdən o, sağ qaldı. Lakin bu,  komandaya düşməyə çalışdığım zamanda olduğu üçün çətin idi. Çox narahat olmuşdum. Nurlanın ("Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu nəzərdə tutur - red.) sayəsində hadisə faciə ilə nəticələnmədi".

Qeyd edək ki, H.Haldorsson 2018-ci ilin yayında 2019-un aprelinə kimi "Qarabağ"da oynayıb. O, ötən ilin oktyabr ayında idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurmuşdu.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO