- Xəbər news
- 22:34 14.11.2024
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin bombardirlərinin siyahılarını açıqlayıb.
Corner.az xəbər verir ki, milli çempionatlarda və beynəlxalq səviyyəli turnirlərdə vurulan ümumi qol sayına görə,"Bavariya"nın hücumçusu Robert Levandovski hamını üstələyib.
Polşalı futbolçu ili 54 qolla tamamlayıb. Onu 50 qol vuran "Barselona"nın argentinalı futbolçusu Lionel Messi izləyib. Üçlükdə isə mərakeşli Abderrazak Hamdallah yer alıb- 57 qol. İlk "üçlük"dən kənarda qalan "Yuventus"un portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun aktivində 39 qol var.
Qeyd edək ki, beynəlxalq səviyyəli qollara 2, milli çempionatlardakı toplara görə isə 1 xal hesablanıb.
İlin ən məhsuldar oyunçuları:
1. Robert Levandovski (Polşa/"Bavariya") - 70 xal (çempionatda 38, beynəlxalq arenada 16 qol)
2. Lionel Messi (Argentina/"Barselona") - 63 xal (37+13)
3. Abderrazak Hamdallah (Mərakeş/"Əl Nassr") - 61 xal (53+4)
4-5. Kriştianu Ronaldo (Portuqaliya/"Yuventus") - 60 xal (18+21)
4-5. Rahem Sterlinq (İngiltərə/"Mançester Siti") - 60 xal (26+17)
6. Harri Keyn (İngiltərə/"Tottenhem") - 55 xal (17+19)
7. Baqdad Bunedja (Əlcəzair/"Əl Sədd") - 54 xal (26+14)
8. Kilian Mbappe (Fransa/PSJ) - 53 xal (35+9)
9. Ali Mabxut (BƏƏ/"Əl Cəzirə") - 51 xal (13+19)
10. Sadio Mane (Seneqal/"Liverpul") - 46 xal (24+11)