2 fevral 2026. Bazar ertəsi

Həbsxanada oynanılan futbol matçında 16 məhkum öldü


Həbsxanada oynanılan futbol matçında 16 məhkum öldü

Meksikada həbsxanalarının birində futbol matçı zamanı baş verən davada 16 məhkum ölüb.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə iki narkotik dəstəsi arasında oynanılan görüşdə baş verib. Məhkumlar bir-birlərinə bıçaq və sərt cisimlərlə yanaşı, silahla hücum ediblər. Hadisə zamanı polis işçilərindən ölən və yaralananlar olmayıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb. Davadan sonra həbsxanada axtarışlardan sonra 4 silah, 9 mobil telefon, 17 bıçaq və narkotik vasitə ələ keçirilib.(qol)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO