- Xəbər news
- 22:34 14.11.2024
Məşhur Fransa nəşri “L’Equipe” öz versiyasına əsasən, 2019-cu il üçün ilin rəmzi komandasının elan edib.
Corner.az xəbər verir ki, komandada “Liverpul”dan 5, “Yuventus” və “Barselona”dan 2, “Mançester Siti” və “Bavariya”dan isə 1 futbolçu yer alıb.
Qapıçı: Alisson («Liverpul»);
Müdafiəçilər: Endryu Robertson («Liverpul»), Vircil van Deyk («Liverpul»), Matteys de Liqt («Ayaks»/«Yuventus»), Trent Aleksander-Arnold («Liverpul»);
Yarımmüdafiəçilər: Frenki de Yonq («Ayaks»/«Barselona»), Kevin de Bruyyne («Mançester Siti»), Sadyo Mane («Liverpul»), Lionel Messi («Barselona»);
Hücumçular: Robert Levandovski («Bavariya»), Kriştiano Ronaldo («Yuventus»).