30 noyabr 2024. Şənbə

2019-cu ilin ən çox izlənilən qarşılaşmaları açıqlanıb - SİYAHI


2019-cu ilin ən çox izlənilən qarşılaşmaları açıqlanıb - SİYAHI

"Transfermarkt" portalı 2019-cu ildə dünya futbolunun 10 ən çox izlənilən matçının siyahısını dərc edib. 

Corner.az-ın məlumatına görə, birinci pillədə 2018/2019 mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona"  - "Liverpul" oyunu qərarlaşıb. "Nou Kamp" stadionunda keçirilmiş görüşdə 98 299 izləyici olub. Görüş Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. 

CAR liqasının 9 noyabrda Yohannesburqdakı "Soccer City" stadionunda baş tutmuş "Kayzer Çifs" - "Orlando Payrets" oyunu ikinci, İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda mayın 18-də oynanılmış "Mançester Siti" - "Uotford" qarşılaşması üçüncü yeri tutur. Bu matçları müvafiq olaraq, 88 min və 85 854 tamaşaçı izləyib. 

İlk "10-luq"da sonrakı yerləri tutanlar:

4. İl ərzində bir neçə matç ("Siqnal İduna Park", Dortmund, Almaniya) — 81 365

5. "Real Madrid" - "Barselona" ("Santyaqo Berrnabeu", Madrid, 27 fevral) — 80 472

6. İl ərzində bir neçə matç ("Azadi", Tehran) — 80 000

7. Fransa - Albaniya ("Stad de Frans", Sen-Deni, 7 sentyabr) — 78 000

8. "Milan" - "İnter" ("San-Siro", Milan, 17 mart) — 77 749

9. İl ərzində bir neçə matç ("Alyans Arena", Münhen) — 75 000

10. "Herta" - "Borussiya" D ("Olimpiaştadion", Berlin, 16 mart) — 74 667.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir