2 fevral 2026. Bazar ertəsi

Beyl üçün futbol əsas deyil - Kapello


Beyl üçün futbol əsas deyil - Kapello

"Real"ın sabiq baş məşqçisi Fabio Kapello Qaret Beyl haqqında danışıb.
 
Corner.az-ın "Daily Mail"ə istinadən yaydığı xəbərə görə, o, 30 yaşlı uelsli hücumçunun fikrinin futbolda olmadığını söyləyib:

"Beyl inanılmaz bir futbolçudur. Oyun tərzini sevirəm. Güclü və sürlətlidir. Müasir futbol üçün möhtəşəm xüsusiyyətlərə malikdir. Ancaq məncə, onun üçün əsas məsələ futbol deyil. Diqqəti dağılmış kimi görünür. Çempion olmaq üçün 100 faiz futbola köklənməyiniz lazımdır".

Qeyd edək ki, Q.Beyl 2013-cü ildən "kral klubu"nda oynayır.(qol)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO