2 fevral 2026. Bazar ertəsi

Zidana kəllə, Materatsiyə söz atdı - VİDEO


Zidana kəllə, Materatsiyə söz atdı - VİDEO
"Almeriya" klubunun sahibi Türki Əl-Şeyx "Real"ın baş məşqçisi Zinəddin Zidanla maraqlı videosunu paylaşıb.

Corner.az xəbər verir ki, ərəb funksioner zarafatla fransalı mütəxəssisin sinəsindən kəllə vurub.

Əl-Şeyx bununla DÇ-2006-nın finalında Zidanın İtaliya millisinin müdafiəçisi Marko Materatsiyə qarşı etdiyi hərəkəti təkrarlayıb. O, sözügedən videonu "twitter"də paylaşdıqdan sonra italiyalı veteran futbolçuya söz atıb: "Çətin idi, elə deyilmi? Ərəb qanı!".

Materatsi də öz növbəsində atmacanı cavabsız qoymayıb: "Salam, boss. İşlər necədir? Ümid edirəm ki, tezliklə görüşəcəyik".

Zidanla görüşdə həmçinin onun "Real"dan keçmiş komanda yoldaşı, "Almeriya"nın baş məşqçisi Quti də iştirak edib.(qol)





Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO