18 dekabr 2025. Cümə axşamı

De Rossi karyerasını başa vurdu


De Rossi karyerasını başa vurdu

İtaliya millisinin və “Roma”nın sabiq futbolçusu Daniele De Rossi karyerasını başa vurub.

Corner.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu qərarını mətbuat konfransında açıqlayıb.

"Bəzi şeylərə açıqlıq vermək istəyirəm. Heç kimsə ilə bir problem yaşamamışam. Ailəmdə də hər hansı bir problem yoxdur. Sadəcə vaxtımı qızıma və ailəmə ayırmaq istəyirəm. Qızım mənim üçün çox darıxıb, mən də qızım üçün. 

Yeni rəhbərliklə görüşdüm. Onlarla işləmək mənim üçün böyük bir zövq idi. Məni oynamağım üçün  razı salmağa çalışdılar. Bu qərarı verdiyim ilk gün onlara da bildirmişdim. Sadəcə bəlkə fikrimi dəyişdirərəm deyə bir neçə gün vaxt verdilər"


2001-2019-cu illərdə “Roma”nın şərəfini qorumuş Rossi 616 oyuna 63 qol vurub. Ötən ilin iyul ayında “Boka Xuniors” klubu ilə müqavilə bağlayan təcrübəli futbolçu zədə səbəbindən cəmi 6 oyunda iştirak edib və 1 qol vurub.

Qeyd edək ki, De Rossi “Roma” ilə 2 dəfə İtaliya kubokunun, bir dəfə İtaliya superkubokunun qalibi olub. 2006-cı ildə isə o, İtaliya yığmasının heyətində dünya çempionatının qalibi olub.







Xəbər news