26 mart 2026. Cümə axşamı

Afrikada ilin ən yaxşısı seçildi


Afrikada ilin ən yaxşısı seçildi

Afrikada 2019-cu ilin ən yaxşı futbolçusu bəlli olub.

Corner.az-ın Afrika Futbol Konfederasiyasının saytına istinadən xəbərinə görə, Seneqal millisinin və "Liverpul"un futbolçusu Sadio Mane ötən ilin ən yaxşısı olub. O, karyerasında ilk dəfə bu ada layiq görülüb. 27 yaşlı hücumçu məşqçilər və federasiya nümayəndələri arasında aparılan səsvermədə, Məhəmməd Salah ("Liverpul", Misir) və Riyad Mahrezdən (Əlcəzair, "Mançester Siti") üstün olub.

Qeyd edək ki, son iki il idə "Liverpul"un futbolçusu Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilib.







Xəbər news