29 yanvar 2026. Cümə axşamı

Buffon PSG-də qalır, yoxsa gedir?


Buffon PSG-də qalır, yoxsa gedir?

PSG qapıçı Canluici Buffonla yolları ayırmaq fikrində deyil.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, 40 yaşlı qolkiperlə yeni müqavilə bağlanacaq.

Yayda Juventus-dan transfer olunan italiyalı ilə 1+1 sistemli müqavilə imzalanmışdı. Buffon özünü yaxşı tərəfdən göstərəcəyi halda mövsümün sonunda yeni birillik sözləşmə qüvvəyə minəcəkdi. Paris təmsilçisi isə yayı gözləməyə ehtiyac görməyib. Qolkiper yaxın günlərdə 2020-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləni imzalayacaq.

Qeyd edək ki, Buffon bu mövsüm 13 oyunda 8 qol buraxıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO