12 may 2026. Çərşənbə axşamı

Barselona Ciddədə azdı


Barselona Ciddədə azdı

"Barselona"nın "Atletiko" ilə Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya  Superkuboku matçından öncə baş tutmalı olan mətbuat konfransı təxirə salınıb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb komandanı aparan avtobusun yanlış stadiona getməsi olub.

 Avtobus Ciddə şəhərindəki "Əl İttihad" stadionuna getməli olsa da, səhvən şəhərin 60 kilometr şimalına - "King Abdullah Sport City" arenasına yollanıb. Nəticədə mətbuat konfransı təxirə salınıb.

Qeyd edək ki, "Barselona" - "Atletiko" görüşü sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı