- Xəbər news
- 22:34 14.11.2024
“Barselona” oyunçuları üçün müqaviləyə onların peşəkar qeyri-futbol fəaliyyətini qadağan edən yeni xüsusi bənd bənd əlavə edib.
Corner.az ABY-yə istinadən xəbər verir ki, belə bir qərarın verilməsinə ötən il Jerar Pikenin Andorrada klub alması və tennis üzrə dünya kubokunun təşkilatçılığı işi ilə məşğul olması səbəb olub. Həmçinin Pike kayterinq, moda və elektron oyunlar biznesi ilə məşğul olur. Klub hesab edir ki, bununla futbolçu müqavilə ilə məxsus olduğu kluba lazımi səviyyədə vaxt ayıra bilmir.
Yeni qərar qeyri-rəsmi olaraq “anti-Pike” qadağası adlanır.
Bundan başqa, klub futbolçulara oyunlar və məşqlər zamanı sosial şəbəkədən istifadəni məhdudlaşdırıb, azarkeşlər üçün qapalı məkanlardan (məsələn, oyun öncəsi komandanın yerləşdiyi oteldən) şəkil yaymasına qadağa qoyub.(qol)