30 noyabr 2024. Şənbə

ABŞ-da oynamağı çox istəyirdim - Rüfət Dadaşov


ABŞ-da oynamağı çox istəyirdim - Rüfət Dadaşov

Millimizin futbolçusu Rüfət Dadaşov  ABŞ-ın ikinci Liqa təmsilçisi "Feniks Rizinq"la müqavilə imzalayıb.

Corner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Almaniya üçüncü liqa təmsilçisi "Proyssen"dən ayrılan 28 yaşlı hücumçunun yeni klubu ilə müqaviləsinin detalları açıqlanmayıb.

R.Dadaşov müqavilə imzaladıqdan sonra açıqlama verib:

"2014-cü ildə Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım vaxtdan bəri bu Amerikada futbolu yaxından izləyirəm və çox böyük inkişaf görürəm. Burdakı həyəcanın bir hissəsi olmağı çox istəyirdim. Rik Şantzla danışdıqdan sonra "Feniks Rizinq" oynamaq istəyimi 100 faiz qətiləşdirdim. Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək, qələbələrə kömək etməyi səbrsizliklə gözləyirəm". (qol)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir