- Xəbər news
- 22:34 14.11.2024
Türkiyə millisinin və "Qalatasaray"ın sabiq hücumçusu Hakan Şükür ABŞ-da taksi sürür.
Corner.az xəbər verir ki, bu barədə o, Almaniya mətbuatına açıqlamasında deyib. H.Şükür “Uber” taksi şirkətində çalışdığını və kitab satdığınıı söyləyib: “Əmlakım müsadirə olunduqdan sonra ABŞ-a köçdüm. Əvvəlcə Kaliforniyada kafedə işlədim, daha sonra isə taksidə işə düzəldim. İndi “Uber”də sürücü olmaqla yanaşı kitab da satıram”.
Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb. (qol)