"Milan" rəhbərliyindən Gattuso'ya son xəbərdarlıq
"Milan"baş məşqçisi Gennaro Gattuso ilə yollarını ayıra bilər.Corner.az-ın məlumatına görə, klub rəhbərliyi 40 yaşlı mütəxəssisə son xəbərdarlığını edib. Milan təmsilçisinin direktoru Leonardo hazırkı məqamda Gattuso'nun qovulmasının müzakirə mövzusu olmadığını bildirsə də, məşqçidən komandanın oyununda müsbətə doğru dəyişiklik etməsini istəyib.Qeyd edək ki, 5 turdan sonra 5 xal toplayan "Milan" hazırda 13-cü pillədə qərarlaşıb.(qol.az)