- Xəbər news
- 22:34 14.11.2024
Kipr Futbol Federasiyası ölkə çempionatının oyunlarını qeyri-müəyyən tarixə kimi təxirə salıb.
Corner.az xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna Kipr çempionatının hakimlərindən olan Konstantino üçün sui-qəsd hazırlanması səbəb olub. Belə ki, naməlum şəxslər 33 yaşlı hakimin evinin qarajındakı avtomobilinə bomba qoyaraq hadisə yerindən uzaqlaşıblar. Partlayış zamanı hakim avtomobildə olmayıb. Ancaq avtomobilə ciddi zərər dəyib.
Baş verənlərdən sonra Kipr Futbol Federasiyası çempionatın dayandırıldığını elan edib.(qol)